Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Zaqatalada yanğınla bağlı FHN-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Zaqatala rayonunun Yuxarı Tala və Muxax kəndləri yaxınlığında yanğın qeydə alınıb.

Yenicag.az xəbər verir ki, artıq bu hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Bildirilir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Zaqatala rayonunun Yuxarı Tala və Muxax kəndləri yaxınlığında çətin keçilən dağlıq ərazidə kol-kos, quru ot və qurumuş ağacların qalıqları yanır.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin canlı qüvvəsi və yaxın yaşayış məntəqələrinin əhalisindən ibarət könüllü dəstələr yanğınsöndürmə işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.​

www.yenicag.az

638
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100