Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 15:22-də Zaqatala stansiyasından 16 km cənub-qərbdə Zaqatala rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə Yenicag.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.