Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri davam edir.
Yenicag.az xəbər verir ki, üçüncü yarış günündə Azərbaycan millisinin 2 üzvü medal qazanıb.
Onlardan biri qızıl, digəri isə bürünc olub.
Yunan-Roma güləşçi Sənan Süleymanov 77 kq çəkidə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, beş rəqibini də məğlub edərək, Azərbaycanın yığmasının hesabına ilk qızıl medalı yazdırıb.
Qadın güləşçi Alyona Kolesnik (59 kq) isə bürünc mükafata yiyələnib.
Qeyd edək ki, buna kimi, 3 sərbəst güləşçi turnirdə üçüncü yeri tutub.