!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Zarina: “Atamı yoldan çıxarıb, varına sahib çıxdı"  

!Reklam – Yazi

Gənc aktrisa Zarina yeni seriala çəkilir. O, rolunun tamaşaçılar tərəfindən birmənalı qarşılanmadığınıı deyib.

Yeniçag.az-a açıqlama verən aktrisa “Ailəcanlı” serialındakı obrazına görə hamının ona yazığı gəldiyini bildirib:

“Serial əslində komik janrdadır. Amma hamı ciddi qəbul edib. Serialda analığım atamı yoldan çıxarıb, var-dövlətinə sahib çıxıb, gəlib oturub evimizin yuxarı başında. Biz hər şeyə rəğmən atamızı geri qaytarmaq istəyirik. Atam da mənimlə təzə arvadın arasında qalıb. Maraqlıdır ki, bir çox insanlar serialla həyatı səhv salır. Yəqin bu da təbii oynamağımızdan irəli gəlir. Yolda, getdiyim yerlərdə hər kəs mənə yaxınlaşıb, dərdimə şərik olmaq istəyir. Bu günlərdə bir məclisə getmişdim. Yaşlı bir qadın mənə yaxınlaşıb, qucaqladı. Dedi ki, can bala, o ləçər atanı yoldan çıxarıb, sizi küçəyə atacaq. Amma buna imkan vermə, qoyma atanı yoldan çıxartsınlar, yazıqsız, ailənizi qoruyun. Mən ona başa saldım ki, ay nənə, bu, filmdir, reallıq deyil. Amma yenə də inanmadı”.

Cəvahir

www.yenicag.az

5545
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv