Zarinadan QALMAQALLI SÖZLƏR: “Ən yaxın adamım olsa da…”

“Heç gözləmədiyim halda dalbadal ağır zərbələrə tuş gəldim. Maraqlıdır ki, bütün bu neqativ hadisələr pələng ilində özünü göstərdi və məni pələng kimi parçalamağa hazır olan insanlarla üz-üzə qaldım”.

Bunu geridə qoyduğumuz pələng ilində başına gələn hadisələrdən danışarkən aktrisa Zarina Qurbanova Yenicag.az-a açıqlamasında deyib.

Ən yaxın dostlarının xəyanətinə uğrayan aktrisa buna görə də növbəti ildə işini ehtiyatlı tutmaq üçün özünə söz verib:

“İnsan ən yaxın doğması tərəfindən incidiləndə, zərbə alanda daha çox acı çəkir. Mən də heç gözləmədiyim halda yaxın dostlarımın xəyanətinə uğradım. Baş verən hadisələr və aldığım zərbələr məni silkələdi və ağıllandım. Bir daha özümə söz verdim ki, ən yaxın adamım olsa da, ehtiyatı əlimdən verməyim. Ümumiyyətlə gərək ipi əldən buraxmayasan. Çünki kiməsə güvənirsən, bu da sənə olan zərbələrlə nəticələnir.

Doğma bildiyim insanların mənə vurduğu zərbələrdən özümə gəlmək üçün çıxış yolunu səyahətlərdə gördüm. Ona görə də xarici ölkələri bir-birinə vurdum. 2022-ci il demək olar ki, qaçaqaçım və səyahətlərimlə yadda qaldı. Avropa turuna çıxdım.

Kədərli hadisələrlə bərabər xoş hadisələr də oldu. Universitetə qəbul oldum, karyeramda yeni uğurlarla qarşılaşdım. İndi də “Komedixana”nın konsertinə hazırlaşırıq və buna görə qaçaqaçdayam”.

Cəvahir