Zarinanın BAHALI HOBBİSİ: “Buna görə azı 3 villanın pulunu xərcləmişəm”

“Dəmir-dümürə, geyimə pul xərcləməyə əlim gəlmir, pullarımı səyahətlərə sərf edirəm”.

Bu sözləri xərcləri haqda danışan aktrisa Zarina Qurbanova Yenicag.az-a açıqlamasında deyib.

Aktrisa səyahətlərə 3-4 evin pulunu xərclədiyini bildirib:

“Elə də bahalı geyinmirəm, tanıyanlar da bilir ki, rahat geyimləri xoşlayıram. Bahalı avtomobilim də yoxdur. Rəfiqələrim hərdən deyir, niyə özünə bahalı maşın almırsan? Nə gizlədim, dəmir-dümürə pul xərcləməyə əlim gəlmir.

Pullarımı səyahətlərə xərcləyirəm. Əlimə pul düşən kimi səyahət edirəm. İndiyə qədər xərclədiyim pullara ən azı 3 ev, villa alardım. Amma gəzməyi çox sevirəm. İtməyi, azmağı, ekstrimləri xoşlayıram. Bütün ölkələri gəzməkdən zövq alıram. Yaradıcı adamlar üçün səyahət çox önəmlidir”.

Cəvahir