!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Zaur Axundov əsəbləşdi: "Raufun hərəkəti insanlığa sığmır"

!Reklam – Yazi

“İnter”in futbolçusu Rauf Əliyevin Albaniya klubu “Kukesi”nin düşərgəsinə yollanması bakılıların Müşahidə Şurasının sədri Zaur Axundovun qəzəbinə səbəb olub.

Yenicag.az saytına danışan Axundov, millimizin sabiq üzvünün hərəkətini uşaq addımı adlandırıb:

“Rauf Əliyevin 2018-ci ilin iyununa qədər “İnter”lə müqaviləsi var. Müqavilənin nüsxəsini Albaniyanın “Kukesi” klubuna da göndərəcəyik. Rauf komandaya qayıtmalıdır. Hücumçu “İnter”i atıb getdi. Albaniya klubundan bizə hər hansı bir təklif gəlməyib. Raufun hərəkəti insanlığa sığmır. Niyə belə addım atdığını da bilmirəm. Heç uşaq da o hərəkəti etməzdi”.

Qeyd edək ki, Rauf Əliyev “Kukesi” ilə danışıqlar aparmaq üçün Albaniyaya yollanıb.

Yenicag.az

www.yenicag.az

1126
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv