Zaur Axundovdan futbolçularla bağlı qeyri-adi qərar – FOTO

Azərbaycan Premyer Liqasının XIV turu çərçivəsində keçirilən “Qəbələ” – “Keşlə” matçından sonra maraqlı anlar yaşanıb.

Yenicag.az xəbər verir ki, jurnalistlər son günlərdə gündəmdən düşməyən Bakı təmsilçisinin futbolçularından açıqlama almaq istəsə də, bu, arzu olaraq qalıb.

Maraqlıdır ki, “Keşlə”nin futbolçuları soyunub-geyinmə otağını mühafizəçi müşayiəti ilə tərk ediblər. Bildirilib ki, rəhbərliyin göstərişi ilə futbolçulara danışmaq qadağan edilib.

Bu isə oyundan sonra futbolçuları gözləyən jurnalistlərin narazılığına səbəb olub. Məsələ ilə bağlı, komandanın baş məşqçisi Ramiz Məmmədova müraciət edəndə isə o, heç bir qadağanın olmadığını bəyan edib.

Görünür, bu göstəriş baş məşqçinin xəbəri olmadan klub prezidenti Zaur Axundovdan gəlib.

Sonda isə çətinliklə də olsa, Denis Silvadan açıqlama almaq mümkün olub. O isə bildirib ki, “Neftçi” ilə oyundan əvvəl Nizami Hacıyev və Mirhüseyn Seyidovdan danışılmış oyunla bağlı təklif almayıb. Braziliyalı eyni zamanda sabiq komanda yoldaşlarına görə üzüldüyünü də bildirib.

Qeyd edək ki, Zaur Axundovun özü də matç başa çatar-çatmaz təcili şəkildə Qəbələ şəhər stadionunu tərk edib.

Emin Səfərov, Qəbələ

COP29