Zaur Baxşəliyevin canlı yayımda halı pisləşdi: Verilişin yayımı dayandırıldı – YENİLƏNDİ / VİDEO

“ATV” telekanalında yayımlanan “Bizimləsən” proqramı yarımçıq dayandırılıb.

Belə ki, verilişin efirdəki qeyri-etik hərəkətlərə görə dayandırıldığı irəli sürülmüşdü.

ATV televiziyasının mətbuat katibi Ozal İbrahimli Metbuat.az-a açıqlamasında iddiaları təkzib edib.

Bu gün “Bizimləsən” proqramının son saatında aparıcı Zaur Baxşəliyev özünü pis hiss edib və proqramın son bir saatlıq hissəsinə çıxmaması və istirahət etməsi tövsiyyə olunub. Yayımın dayandırılması ilə bağlı başqa heç bir səbəb yoxdur. Sabahdan etibarən işinin başında olacaq” – Ozal İbrahimli deyib.

Ətraflı süjetdə:

***20:23

“ATV” telekanalında yayımlanan “Bizimləsən” proqramının efir yayımı yarımçıq dayandırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Demokrat.az-a telekanaldan məlumat daxil olub.

Məlumata görə, bu gün “Bizimləsən” verilişinin yayımı zamanı efirdə qeyri-etik hərəkətlərə yol verilib. Baş verən bu haldan dərhal sonra “Bizimləsən” proqramının yayımı yarımçıq dayandırılıb.

Məsələ ilə bağlı “Bizimləsən” verilişinin aparıcısı Zaur Baxşəliyev Demokrat.az-ın telefon zənglərinə cavab verməyib.

Xatırladaq ki, teleaparıcı Zaur Baxşəliyevin müəllifi olduğu “Bizimləsən” verilişinin yayımının dayandırılması ilk hal deyil. Bundan öncə də sözügedən verilişin yayımı dayandırılmışdı və buna görə telekanal cərimələnmişdi.

COP29