Zaur Darabzadə gənclərlə görüş keçirəcək – VİDEO

23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizədliyi qeydə alınan çoxsaylı uğurlu layihələrin gənc rəhbəri “CinemaPlus” kinoteatrlar şəbəkəsinin İdarə Heyətinin üzvü Zaur Darabzadə gənclərlə görüş keçirəcək.

Z.Darabzadənin görüşü fevralın 1-i saat 12:00-da Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin akt zalında baş tutacaq.

“Əziz gənclər və özünü gənc hiss edənlər! Məni dəstəkləyən, ideyalarımı bölüşən, inanan, güvənən hər kəsi sabah yanımda görməkdən şad olaram”, – Zaur Darabzadə öz müraciətində bildirib.