Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Zaur Darğallı: “Bizim üçün əsas olan vətəndaşın rifahıdır”

İnterpress.az xəbər verir ki, Gürcüstanda oktyabr ayında keçiriləcək parlament seçkilərində iqtidarın azərbaycanlı namizədi Zaur Darğallının seçiciləri ilə görüşləri davam etməkdir.

Görüşlər Marneuli və Qardabanidə həyata keçirilir. Hər bir kənd əhalisi ilə görüşən Zaur Darğallı seçicilərini platforması ilə tanış edərək gələcəkdə görüləcək işlər haqqında məlumat verir eyni zamanda onların istəklərini və mövcud olan problemlərini dinləyir. Görüş zamanı seçiciləri ən çox narahat edən məsələ infrastrukturla bağlıdır. Əsasən kənd təssərrüfatı ilə məşğul olan əhaliyi narahat edən problemlər suvarma sistemi və içməli su, yol infrastrukturu ilə bağlı məsələləri dilə gətirdi. Namizəd bu istiqamətdə görülən və nəzərdə tutulan işlər haqqında məruzə edərək qeyd etdi ki, Marneulidə bir il ərzində uzun illər həll edilməyən problemlər aradan qaldırılıb, bir sıra kəndlərdə su problemi əsaslı şəkildə həll edilib, tarixi layihələr həyata keçirilib. O cümlədən Marneulinin əsaslı şəkildə konolizasiya sistemi salınıb, əhali 24 saat içməli su ilə təchiz ediləcəkdir. Eyni tipli layihələr Qardabanidə də həyata keçirilir, asfaltlaşdırılma prosesi hər bir kəntdə həyata keçirilməkdədir. “Biz sizə verdiyimiz vədlərin hər birini mərhələli şəkildə yerinə yetiririk, bundan sonra da tam gücümüzlə çalışacağıq ki, heç bir ailə bu cür problemləri yaşamasın, bizim məqsədimiz budur ki, ölkədə asfaltsız bir küçə belə olmasın, kənd təsərrüfatının inkişafına mane olan hər bir problem aradan qaldırılsın, bunun üçün xüsusi proqramlar hazırlansın, dövlət dəstəyi nəinki infrastrukturla bağlı həmçinin maddi dəstəklə bağlı da verilsin. Bir sözlə, bizim komandamızın ən başlıca məqsədi vətəndaşın rifahıdır.” dedi Zaur Darğallı.

     

www.yenicag.az

261