“Xəzər TV”-də yayımlanan 5/5 verilişinin 19 mart tarixində yayımlanan buraxılışında iştirak edən qonaqlardan biri də müğənni Röya Ayxan olub.
Yenicag.az xəbər verir ki, Novruz bayramı ərəfəsində efirə gedən verilişdə aparıcı Zaur Kamal Röyaya qapı pusmağı təklif edib.
Belə ki, studiyada virtual olaraq 6 müğənninin evinin “qapısı” quraşdırılıb. Bu məqamda Zaur Kamal qonağına “hansı səsi eşitsən, onu yozarıq” deyib.
Röya Ayxan ilk növbədə 1 nömrəli qapını seçib. Və bu qapının arxasından Samiraldonun səsi eşidilib. Ardınca 5 nömrəli qapını seçən, ifaçı Təranə və Musa cütlüyünün səsinə qulaq asıb. 3-dən Səidə Sultanın, 6-dan Samir Bağırovun, 2-dən isə Rəqsanə İsmayılovanın səsi eşidilib.
4 nömrəli qapı seçiləndə isə bunun Anar Nağılbaza aid olduğu bəll olub. Bu zaman Zaur Kamal Röyaya “onun evində olan səsi efirə verə bilmərik” deyərək reperi lağa qoyub. Həmin an Röya Ayxan da gülməkdən özünü saxlaya bilməyib.
Qeyd edək ki, Anar Nağılbaz bir müddət əvvəl məlum +18 videosu ilə gündəmə gəlmişdi. Zaur Kamalın da məhz bu videoya görə reperə ilişdiyi istisna deyil.