Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzə-zadə azadlığa buraxılıb.
Yenicag.az xəbər verir ki, külli miqdarda dəldəuzluq ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum edilmiş Zaur Mirzə-zadənin barəsindəki qərar ləğv edilib və o, azadlığa buraxılıb.
Qeyd edək ki, yanvarın 25-də Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən iclasda onun barəsindəki qərar ləğv edilmiş, iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdi.