“Zaur, verilişə çağırma” – Səidə Mətanəti yenə “bombaladı” – VİDEO

Bir müddət öncə Mətanət Əsədovaya “qıjılaşırıq” deyə söz atan Səidə Sultan yenidən həmkarının bostanını daşlayıb.

Yenicag.az xəbər verir ki, Xəzər Televiziyasının «5\5» verilişində qonaq olan Səidə dilini dinc saxlamayıb.

Bəzi müğənniləri efirdə görüb əsəbiləşdiyini deyən Səidə aparıcı Zaura onları verilişə çağırmamağı da məsləhət görüb. Mətanətin də adını çəkən müğənni qaşınmayan yerdən qan çıxarmağa çalışıb.

Həmin görüntünü təqdim edirik: