Tanınmış aparıcı Zaur Kamalın övladları ilə bağlı açıqlaması hər kəsin təəccübünə səbəb olub.
Yenicag.az xəbər verir ki, aparıcı oğlanlarını 30 yaşdan sonra evləndirəcəyini deyib:
“İndiki uşaqlar evlənəndən sonra valideynlərini unudurlar. Mən oğlanlarımı 30 yaşdan sonra evləndirəcəm. Qoy məni saxlasınlar”.
O, uşaqlarını evlə təmin etməyəcəyini də bildirib:
“Oğlanlarıma ev verən deyiləm. Qoy özləri zəhmət çəkib alsınlar”.
Aparıcı özünün də hər şeyə zəhməti bahasına nail olduğunu deyib.
Zaur bu fikirləri “5-də 5” verilişində səsləndirib.
Nehru