!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Zaurdan səmimi ETİRAF: “Qadınlar üçün fərqi yoxdur, subayam ya evli” - FOTOLAR

!Reklam – Yazi

Xəzər Televiziyasının aparıcısı Zaur Kamalın Yenicag.az-a müsahibəsini təqdim edirik.

– Zaur, son vaxtlar efirdə etdiyin şoulara görə, səni yaman qınayırlar…

– Məncə, olanları deyirlər. Sadəcə, bizə 5-6 il lazımdır ki, tamaşaçı şou-əyləncəyə alışa bilsin. Xarici telekanallara baxırsınız yəqin ki…

– Biz hər halda, avropalı deyilik.

– Əlbəttə, şounu mentaliteti qorumaq şərtilə yaradırıq. Mən əminəm ki, “5/5” proqramına hamı baxır. Axşam hamı işdən yorğun-arğın evə gəlir, yorğunluğunu, əsəbini bizim proqrama baxaraq çıxarır.

– Yəqin gözləyirlər ki, Zaur bu dəfə hansı sənətçinin ayaqqabısını çıxaracaq, ya da makiyajını sildirəcək.

– Biz damara baxıb, qan alırıq. Baxırıq ki, bu, şou adamıdır və heç nədən incimir, biz də işimizi görürük. Amma görəndə ki, qarşımızdakı şou adamı deyil, onda “stop” edirik.

– Düzünü deyin, heç efirdən sonra hansısa sənət adamı ilə aranızda narazılıq yaşanıb?

– Yadıma gəlmir.

– Yəni olmayıb ki, hansısa sənətkara söz atmısınız, o da sizə sərt reaksiya verib…

– Olanları efirdə görmüsüz. Əvvəllər “Ay Zaur” verilişində olurdu, hansısa müğənni deyirdi ki, bu hissəni çıxart. O deməyində olurdu, mən də öz işimdə.

– Bir dəfə demişdiniz ki, teleməkanda sizdən hündürboy aparıcı yoxdur. Xarici görünüşünüzü bildik, xarizmatiksiniz. Bəs aparıcı kimi, özünüzə rəqib görürsünüz?

– Maşallah, özünüz də gördünüz ki, proqramımız yeni mövsümdə partlayış etdi, hamı baxır. Mən efirə ilk dəfə çıxanda düşünmürdüm ki, kimdən güclü, ya da kimdənsə zəif aparıcıyam.

– Yəni özünüzə rəqib görmürsünüz?

– Yox, sadəcə, Azərbaycanda bu səpkidə şou-proqram yoxdur.

– Bir çox həmkarlarınız tədbirlərə xanımları ilə qatılır. Amma siz xanımınızı hamıdan gizlədirsiz, niyə?

– Ailədən danışmaq istəmirəm.

– Xanımlar yazırmı sizə?

– O qədər…. İrandan, Türkiyədən, başqa-başqa ölkələrdən. Məni sevən qadınlar üçün subay ya da evli olmağımın fərqi yoxdur.

– Bəs sizin reaksiyanız necə olur?

– Ailəliyəm, övladlarım var, elə şeylərə baş qoşmamışam (gülür). Türklər demişkən, tuzaq qurmaq və sair.

– Yəni, ehtiyat edirsiniz?

– … (gülür)

Cəvahir
Foto: Cəmalə

www.yenicag.az

8864
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv