Rusiyanın Dzerjinski şəhərində “Kristal” zavodunda ard-arda partlayış baş verib.
Yenicag.az xəbər verir ki, hadisə nəticəsində 19 nəfər xəsarət alıb.
Partlayışa səbəb texnoloji prosesdə baş verən xəta olub.
Qeyd olunur ki, partlayışlar nəticəsində istehsal sexinin 100 kvadrat metr ərazisi tamamilə dağılıb.
Ətraf qəsəbədə elektrik enerjisi kəsilib. Yaxınlıqdakı binaların şüşələri sınıb.