İtaliyanın Komo əyalətində sənaye tullantıları emalı zavodunda güclü partlayış baş verib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayışdan sonra müəssisədə yanğın başlayıb. Hadisə yerinə 15 yanğınsöndürən briqada cəlb edilib.
Partlayış nəticəsində yaxınlıqda saxlanılan avtomobillərə ziyan dəyib. 9 nəfər xəsarət alıb. Onların həyatlarına təhlükə olmadığı bildirilir.
Hadisənin səbəbləri araşdırılır.