Zavodda partlayış – 8 nəfər öldü

Hindistanın Qucarat ştatında yerləşən zavodda partlayış baş verib, nəticədə 8 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

Yenicag.az xəbər verir ki, partlayış sənaye və tibbi məqsədlər üçün istehsal olunan qaz zavodunda baş verib.

Hadisə yerinə xilasetmə qrupları göndərilib.