!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zavoddan külli miqdarda silah-sursat tapıldı-Foto

!Reklam – Yazi

92939Bakının Sabunçu rayonunda, Balaxanı qəsəbəsində yerləşən “Təmiz Şəhər” ASC-nin çeşidləmə zavodunda cari ilin fevral-aprel ayları arasında külli miqdarda silah-sursat aşkar edilib.

Yenicag.az report-a istinadən xəbər verir ki, məişət tullantılarının emalı ilə məşğul olan zavodun işçiləri oradan bu müddət ərzində ümumilikdə 171 ədəd 5.45, 98 ədəd 7.62 çaplı patronlar, 2 minaaxtaran cihaz aşkar edərək götürüblər.

Həmçinin zavodun işçiləri son bir gün ərzində 1 ədəd tüfəng, 2 şəxsiyyət vəsiqəsi, 3 bank kartı, 1 sürücülük vəsiqəsi və 10-a yaxın müxtəlif plastik kartlar da aşkar ediblər. Tapılan silah-sursat və digər əşyalar müvafiq akt tərtib olunandan sonra hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.

www.yenicag.az

494
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv