“Rusiyaya qarşı yeni sanksiyalar paketi Avropa İttifaqının özündə sosial və iqtisadi problemlərin artmasına səbəb olacaq”.
Yenicag.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Paketin qeyri-legitim birtərəfli məhdudlaşdırıcı tədbirlərdən ibarət olduğunu qeyd edən Zaxarova, “Aİ liderləri məhdudiyyətlər dövründən çıxa bilmir və Rusiyaya qarşı bütün anti- Rusiya sanksiyalarının və təzyiq siyasətlərinin əbəs olduğunu qəbul edə bilmirlər. Hazırkı paket əvvəlki paketlərlə eyni təsir bağışlayaraq, Aİ-nin özündə sosial və iqtisadi problemləri daha da kəskinləşdirəcək”, – deyə o bildirib.