Zaxarova Ermənistan-NATO münasibətlərindən danışıb.
Yenicag.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mediaya açıqlama verib.
O, NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanın Ermənistanın xarici siyasətinin NATO ilə yaxınlığa yönəldiyi barədə sözlərini şərh edib.
“Əgər kimsə NATO ilə yaxınlıq istəyirsə, bunun nə qədər təhlükəli olduğunu və hansı nəticələrə gətirib çıxaracağını başa düşməlidir.
Biz artıq görmüşük ki, NATO-nun yaxınlığı bir çox ölkələr üçün nələrə gətirib çıxarıb. Münaqişələrə qarışmaq, suverenlik və müstəqilliyi itirmək, sözün hər mənasında və bütün sahələrdə başqasının planlarına tabe olmaq, ən əsası isə, bütövlükdə hər hansı bir dövlətin öz milli maraqlarını həyata keçirmək imkanının olmamasını görmüşük.
Burada əsas parametrlərdən baxmalıyıq. Biz bütün bunları təhlil edib Ermənistanın özünün milli maraqlarının nədən ibarət olduğunu anlamalıyıq”, – XİN rəsmisi deyib.
Xuraman Etibarlı