Zaxarova Ermənistanın Qarabağla bağlı mövqeyini xatırlatdı

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Ermənistanın Qarabağın Azərbaycana məxsusluğunu rəsmi şəkildə tanıdığını xatırladıb.

Yenicag.az xəbər verir ki, diplomat bu barədə “Telegram” kanalında yazıb.

“Ermənistan Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasını və Rusiya sülhməramlılarını Azərbaycanın Dağlıq Qarabağdakı hərbi əməliyyatlarını dayandırmaq üçün tədbirlər görməyə çağırır. Bəs rəsmi İrəvanın Qarabağı Azərbaycana məxsus kimi tanıması necə?”, – deyə XİN rəsmisi xatırlatma edib./unikal