“Biz İrəvanın mərkəzində faşist quldurlarının yürüşündən narahatlıq keçirdik”.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib. O deyib ki, yanvarın 1-də İrəvanın mərkəzində faşist quldurlarının yürüşündən narahat idik və hüquq-mühafizə orqanlarının əməkdaşlarının buna mane olmaması bizi təəccübləndirdi.
“Ermənistan hakimiyyəti tərəfindən lazımi reaksiyanın olmamasından təəssüflənirik. Biz əminik ki, nasizmin istənilən təzahürləri kökdən kəsilməlidir.
Ermənistan BMT Baş Assambleyasında Rusiyanın nasizm və neonasizmilliklə bağlı qətnaməsini dəstəkləmək üçün çıxış edir. Biz dostlarımızın prinsipial mövqeyini bilirik”, – Zaxarova qeyd edib.
Xuraman Etibarlı