“Rusiya sərhədçilərinin “Zvartnots” hava limanından çıxarılması ilə bağlı Ermənistan hakimiyyətindən heç bir sorğu almamışıq”.
Yenicag.az xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O, Ermənistan parlamentinin sədri Alen Simonyanın “Rusiya sərhədçilərinin “Zvartnots” hava limanını tərk etməsi düzgün olardı” bəyanatını şərh edib.
“Biz bunu rəsmi İrəvan təmsilçisinin qeyri-dost davranışının növbəti nümunəsi hesab edirik.
Düzdür, Ermənistan parlamentinin sədrinin qaldırdığı mövzulara görə nə dərəcədə məsuliyyət daşıdığı bəlli deyil. Bununla bağlı Ermənistan hakimiyyətindən heç bir sorğu almamışıq.
Biz başa düşürük ki, “Zvartnots”la söhbət rusiyalı Dmitri Sedrkovun əvvəlki təlqinlərindən qaynaqlanır.
Mən sizi əmin edə bilərəm ki, bu kontekstdə Rusiya nümayəndələri tərəfindən heç bir qanunsuz hərəkətə yol verilməyib. Biz həmişə suveren dövlətlərin milli qanunlarına hörmətlə yanaşırıq”, – XİN rəsmisi qeyd edib.
Xuraman Etibarlı