Zaxarova yenə Qarabağdan danışdı

Rusiya ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə vasitəçilik missiyasını davam etdirmək niyyətindədir.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə deyib.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əldə edilən bütün razılaşmalara əməl edilməsi münaqişənin dayanıqlı həllinə nail olunması baxımından vacibdir.

Yeniçağ.az