Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Kamikadze Di təxəllüsü ilə fəaliyyət göstərən YouTube bloqçusu kimi tanınan 36 yaşlı Dmitri İvanovu federal axtarışa verib.
Yenicag.az xəbər verir ki, o, Rusiya Federasiyasında xarici agent kimi tanınıb.
Bildirilir ki, sentyabrda ona qarşı Rusiya Silahlı Qüvvələri ilə bağlı saxta xəbərlərə görə cinayət işi açılıb. İşin başlanmasına səbəb İvanovun Mariupoldakı dram teatrına hava hücumu ilə bağlı videoları olub. Bundan başqa, hüquq-mühafizə orqanları Kamikadze Dinin Rusiyanın xarici işlər naziri Mariya Zaxarovanı təhqir etdiyi klipləri ilə də maraqlanıb.
Həmin ay Rusiya Ədliyyə Nazirliyi bloqqeri xarici agent kimi fəaliyyət göstərən şəxslər siyahısına daxil edib.
Kamikadzedead YouTube kanalının 1,7 milyon abunəçisi var. Orada hər gün siyasi mövzularda videolar görünür və orta hesabla 100.000-ə qədər baxış toplanır.