İngiltərənin Bristol Univeristeti uzun müddətdir ki, insanların maraq dairəsində olan suala aydınlıq gətirib.
Yenicag.az xəbər verir ki, universitetdə aparılan araşdırmada zebraların dərisindəki zolaqların hansı işə yaradığı ortaya çıxıb.
Sən demə, zebraların dərilərinin zolaqlı olması onları ölümcül xəstəlik daşıyan at milçəklərindən qoruyur.
Araşdırma zamanı atların üzərinə zebra naxışlı və tək rəng örtüklər atılıb. At milçəkləri həmin atlara yaxınlaşan kimi onun üzərində qonmaqdan vaz keçiblər. Bununla da zolaqların hansı işə yaradığı ortaya çıxıb./publika.az/