Zeedorf La Liqada

İspaniyanın “Deportivo” klubunun yeni baş məşqçisi bəlli olub.

Yenicag.az xəbər verir ki, La-Korunya təmsilçisi Klarens Zeedorfla anlaşıb.

İspaniya mətbuatının iddiasına görə, artıq tərəflər arasında rəsmi müqavilə imzalanıb.

Qeyd edək ki, hollandiyalı çalışdırıcının son iş yeri Çinin “Şençjen” klubu olub.