Zəfər Günü Bakıda yürüş keçiriləcək

Azərbaycanın Qarabağda qazandığı böyük qələbənin birinci ildönümü – 8 Noyabr Zəfər Günü münasibətilə Bakıda yürüş keçiriləcək.

Yenicag.az xəbər verir ki, aksiya noyabrın 8-də Azneft dairəsindən başlayacaq və Hərbi Qənimətlər Parkında yekunlaşacaq.

Artıq Bakıda Zəfər Günü ilə bağlı hazırlıqlar başlayıb. Paytaxtın küçə və prospektləri, binaların eyvanları bayraqlarla bəzədilir.