!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəfər Günü Həzrəti Cərcis Peyğəmbər Ziyarətgahında qeyd edildi – FOTOLAR

!Reklam – Yazi

İşğal altında olan torpaqlarımızın erməni faşistlərindən azad edilməsi üçün ötən il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı Qələbənin bir illiyi tamam olur. 8 Noyabr – Zəfər Günü respublikanın hər yerində olduğu kimi, Beyləqan rayonunda da yüksək bayram əhvali-ruhiyyəsi ilə qeyd edilir.

Zəfər Günü bayramı noyabrın 8-də Beyləqan rayonunda, Həzrəti Cərcis Peyğəmbər Ziyarətgahında da keçirilib.

Tədbirdə şəhid ailə üzvüləri, qazilər, müharibə iştirakçıları və QMİ-nin Beyləqan rayon üzrə Qazısı Mirsəccad Ağa başda olmaqla din xadimləri iştirak ediblər. İştirakçılar Vətən Müharibəsi şəhidlərimizin məzarlarını ziyarət edərək, onları bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə şəhidlərimizin, qazilərimizin Vətən Müharibəsində göstərdiyi sücaət və qəhrəmanlıqlar barədə çıxışlar ediblər. Daha sonra Şəhid ailələri, qazilər və müharibə iştirakçıları onlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək, Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.

 

www.yenicag.az

563
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv