44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən iki il ötür.
Yenicag.az xəbər verir ki, bu gün qələbənin ildönümü ilə bağlı Şəhidlər xiyabanından ikinci istiqamət üzrə yürüş başlayıb.
Hərbi orkestrin müşayiəti ilə başlayan yürüşdən öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yürüş Şəhidlər xiyabanından başlayaraq “Alov qüllələri” kompleksi, “İçərişəhər” metrosu, İstiqlaliyyət küçəsi, Azneft dairəsi, Bəhram Gur heykəlinə qədər davam edəcək.
Hərəkət marşrutu üç istiqamət üzrə təşkil edilib.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun 2 906 hərbçisi torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün qorunması uğrunda şəhid olub.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il 3 dekabrda imzaladığı sərəncama əsasən, 8 noyabr Azərbaycan Respublikasında Zəfər Günü kimi qeyd olunur./Oxu.az/