Zəfər Məmmədov Gəncədə böyük izdihamla qarşılandı – FOTO/VİDEO

37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd “Zaferoğlu İnşaat” şirkətinin rəhbəri Zəfər Məmmədov növbəti dəfə seçiciləri ilə görüşüb.

Gəncə Dövlət Universitetinin 300 nəfərlik akt zalında təşkil olunan görüşdə 1 200 nəfərdən artıq seçici aktivliyi ilə böyük izdiham yaşanıb.

Tədbirdə Zəfər Məmmədov ölkə başçısının gəncləşmə siyasəti aparmasına, parlamentin yenidən təşkil olunması məsələsində mövcud göstərişlərini əsas götürərək, gəncəliləri prezident İlham Əliyevin arxasında sıx birləşməyə səsləyib.

Qeyd edək ki, tədbir Gəncədə və ümumiyyətlə Azərbaycanda keçirilmiş ən möhtəşəm görüşlərdən biri kimi qiymətləndirilib. Görüşə 1200 nəfərə yaxın seçici gəlib. Tutumu 350 nəfər civarında olan akt zalına seçicilər yerləşmədiyi üçün bir hissəsi binanın həyətinə toplaşıb. Bununla belə namizəd həyətə toplanmış seçicilərlə də görüşüb.

Görüş Azərbaycanın dövlət himni ilə açılib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və namizədin platformasının, fikirlərinin ardından seçicilər dinlənilib.

COP29