Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Zəhraya görə təyin olunmuş yürüş təxirə salınıb - YENİLƏNİB

İki yaşlı Zəhranın ermənilər tərəfindən öldürülməsi ilə əlaqədar üç səfirliyin qarşısında keçirilməsi nəzərdə tutulan yürüş təxirə salınıb.

Bu barədə Yenicag.az -a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Xəbər verildiyi kimi, bir sıra gənclər təşkilatı 2 yaşlı Zəhra Quliyevanın ermənilər tərəfindən öldürülməsi ilə bağlı yürüş keçirmək arzusunda olduqlarını bildirmişdi.

Gənclər təşkilatları ilə bu gün keçirilən görüşün nəticəsi olaraq, belə qərara gəlindi ki, mövcud təcrübəyə görə beynəlxalq təşkilatlarla birbaşa görüşlər, bəyanatlar, müraciətlər və ən ümdəsi sosial resurslardan istifadə, ermənilərin Azərbaycana qarşı apardığı vandalizm və terrorizm aktlarını, azərbaycanlılara qarşı törətdikləri təcavüz və qəddar addımların dünya ictimaiyyətinə çatdırılmasında yürüşlə müqayisədə daha effektiv nəticə verir. Bu səbəbdən gənclər təşkilatları bu yürüşün keçirilməsinin təxirə salınmasına qərar verdilər”, – deyə nazirlikdən qeyd olunub.

***

Ermənistan tərəfinin təxribatı nəticəsində həlak olan 2 yaşlı Zəhra Quliyeva ilə bağlı sabah çoxsaylı gənclər təşkilatları tərəfindən yürüş keçiriləcək.

Yenicag.az bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova öz “facebook” hesabında paylaşım edib.

Yürüş Səbail rayonu Bridge Plazadan başlayacaq. Gənclər saat 11.00-da Rusiya səfirliyinin, 11.20 Amerika səfirliyinin, 12:00-da Fransa səfirliyinin qarşısından keçəcəklər.

Yenicag.az

www.yenicag.az

704
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM