Zelenski 30-a yaxın şəxsi səfir təyin edəcək – KİV

Ukrayna prezidenti Volodimir Zelenski yaxın vaxtlarda Avropa, Asiya, Afrika, Yaxın və Uzaq Şərq, Amerika və digər regionlarda otuz nəfərə yaxın səfir təyin etməyi planlaşdırır.

Yenicag.az xəbər verir ki, bu barədə “Zerkalo Nedeli” agentliyi məlumat verib.

Avstriyada Ukraynanı Yuri Vitrenko, Estoniyada Vasili Boyeçko, İspaniyada isə Yuliya Sokolovskaya təmsil edəcək. Ukraynanın Çindəki səfiri isə Aleksandr Neçitaylo olacaq.

Həmçinin Nəriman Cəlalın Türkiyədə səfir, Alena Getmançukun Ukraynanın NATO-dakı missiyasına, Andrey Melnikin isə ölkənin BMT-dəki nümayəndəsi təyin edilməsi planlaşdırılır. Prezident Zelenski bu təyinatları əvvəllər də elan etmişdi, lakin fərmanlar hələ prezidentin internet saytında yer almayıb. Təyin olunan səfirlərin əksəriyyəti karyera diplomatlarıdır.