Ukrayna Prezidenti Vladimir Zelenski azərbaycanəsilli hərbçinin təltif olunması barədə sərəncam imzalayıb.
Yenicag.az xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski tviterdə yazıb.
Sərəncama əsasən, 92-ci əlahiddə mexanikləşdirilmiş briqadanın tağım komandiri, azərbaycanəsilli ukraynalı zabit, baş leytenant Ağasıyev Kirill Yaşar oğluna “Ukrayna Qəhrəmanı” fəxri adı verilib.
Qeyd edək ki, mayın 7-də Ukraynanın Ali Baş Komandanı Ukrayna vətəndaşları olan azərnaycanlılar Raqif Vaqif oğlu Əliyevi və Məcid Marlen oğlu Abdulqafarovu “İgidliyə görə” ordeni ilə təltif edib. Hər iki azərbaycanlı Ukrayna Silahlı Qüvvələrinin çavuşudur.