Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniya Kralı III Çarlz ilə Norfolkdakı Sandringem malikanəsində görüşüb.
Yenicag.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Ukrayna lideri Londondan helikopterlə yola düşərək kral və kraliçanın çox vaxt keçirdiyi malikanəyə gəlib. Monarx siyasətçini şəxsən qarşılayıb.
Tərəflər bir az söhbət edib və içəri girməzdən öncə eyvanda birgə şəkil çəkdiriblər./Report/