Ukrayna Prezidenti Rusiya hərbi qüvvələrinin Çernobıl Atom Elektrik Stansiyasını ələ keçirməyə çalışdığını qeyd edib.
Yenicag.az xəbər verir ki, bu barədə Vladimir Zelenski “Twitter” hesabında yazıb.
“Rusiya işğalçı qüvvələri Çernobıl AES-i ələ keçirməyə çalışır. Müdafiəçilərimiz 1986-cı il faciəsinin bir daha təkrarlanmaması üçün canlarını verirlər. Bu barədə İsveç Baş nazirinə məlumat vermişəm. Bu bütün Avropaya qarşı müharibə elanıdır”, – deyə Zelenski bildirib.