Zelenski bu iki məsələyə görə Litvaya getdi

Ukrayna prezidenti Volodimir Zelenski təhlükəsizlik və Avropaya inteqrasiya ilə bağlı danışıqlar aparmaq üçün Litvaya səfər edib. 

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti “Telegram” kanalında məlumat yayıb.

“Mən Tallinndə və Riqada olacağam, bu gün isə Vilnüsdəyəm. Prezident, baş nazir, Seymin spikeri ilə danışıqlar, siyasi qüvvələr, media və Ukrayna ictimaiyyətinin nümayəndələri ilə görüşlər keçiriləcək”, – rəsmi məlumatda deyilir.