Zelenski bu jurnalistə müsahibə verməkdən qorxur

Ukrayna lideri Volodimir Zelenski amerikalı jurnalist Taker Karlsonla söhbət etməkdən qorxur.

Yenicag.az xəbər verir ki, bu barədə ukraynalı jurnalist Diana Pançenko “X” sosial şəbəkəsində yazıb.

Taker Karlson ötən gün Moskvada Kremlinin fonunda çəkilmiş bir video yayımlayıb. Jurnalist bildirib ki, dekabrın 2-də o, Moskvaya  xüsusi olaraq sergey Lavrovla söhbət etmək üçün gəlib. Karlson rusiyalı nazirlə müsahibənin “tamamilə həyəcanlı” olduğunu bölüşüb. O, müsahibənin çox yaxın vaxtlarda yayımlanacağını vurğulayıb.

Karlson ABŞ-nin Kiyevdəki səfirliyinin  Ukrayna prezidenti Volodimir Zelenskiyə ona müsahibə verməyə icazə vermədiyini də bildirib. O, bir ildən artıqdır ki, Ukrayna prezidenti ilə müsahibə almağa çalışdığını, lakin “bu səylərin ABŞ hökuməti tərəfindən qarşısını aldığını” qeyd edib./unikal

COP29