Zelenski bu şəxslərin vəzifəsinə son qoydu

Ukrayna Prezidenti Vladimir Zelenski İrina Venediktovanı Baş prokuror, İvan Bakanovu Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən uzaqlaşdırıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski bununla bağlı müxtəlif sərəncamlar imzalayıb.

Digər sərəncamla Zelenski Baş prokurorun vəzifələrini onun müavini Aleksey Simonenkoya həvalə edib.