Zelenski buna görə İspaniya və Portuqaliyaya səfərini ləğv etdi

Volodimir Zelenskinin İspaniya və Portuqaliyaya səfərinin ləğv edilməsinə səbəb Ukraynadakı “çətin daxili vəziyyət” olub.

Yenicag.az xəbər verir ki, bu barədə  “CNN Portugal” məlumat yayıb.

“Zelenski hazırda Ukraynadakı çətin daxili vəziyyətə görə Pireney yarımadasına səfərini ləğv edib”, – telekanal yazıb./unikal