Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniyanın Baş naziri Boris Consonun Kiyevə səfəri ilə bağlı paylaşım edib.
Yenicag.az xəbər verir ki, o, “Facebook” səhifəsində Consonla şəkillərini paylaşaraq yazıb:
“Birləşmiş Krallığın Baş naziri Boris Conson Rusiya işğalının ən prinsipial rəqiblərindən biri, Rusiyaya sanksiya təzyiqi və Ukraynaya müdafiə dəstəyində liderdir. Kiyevə xoş gəldin, dostum!”