Ukrayna Prezidenti Vladimir Zelenski avqustun 14-də Donetsk vilayətinə gedib, hərbçilərlə görüşüb.
Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının feysbuk səhifəsində məlumat yayılıb.
V.Zelenski briqadaların tabeliyində olan ərazilərdə əməliyyat şəraiti və müxtəlif növ silahlardan istifadənin xüsusiyyətləri barədə məruzələri dinləyib. “Biz briqada komandiri ilə əsgərlərin üzləşdiyi problemləri və onların həlli ilə bağlı təklifləri müzakirə etdik”, – deyə Zelenski əlavə edib.
Prezidentin sözlərinə görə, hər bir briqadanın problemlərini dəqiqləşdirmək üçün ayrı-ayrılıqda bütün briqadalara baş çəkmək istərdik./Azertag/