Ukrayna Prezidenti Vladimir Zelenski döyüş meydanında vəziyyətin gərgin olduğunu bildirib.
Yenicag.az TASS-a istinadən xəbər verir ki, Zelenski bu barədə videomüraciətində qeyd edib.
Zelenski Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin ona döyüş bölgələrindəki vəziyyətlə bağlı məlumat verdiyini deyib.
O bildirib ki, Ukrayna Silahlı Qüvvələri ən böyük çətinlikləri Donetsk və Xarkov istiqamətlərində yaşayır.
Xüsusilə Xarkov və Donetsk istiqamətlərində vəziyyətin gərgin olduğunu vurğulayıb.