Zelenski Duda ilə görüşdü

Ukrayna prezidenti Vladimir Zelenski Rzeşovda Polşa lideri Anjey Duda ilə görüşüb.

Yenicag.az xəbər verir ki, bu barədə  Polşa prezidentinin ofisindən məlumat verilib. Dövlət başçıları Zelenskinin Avropa paytaxtlarına son səfərlərini, cəbhədəki vəziyyəti, həmçinin gələcək fəaliyyətlərin birgə əlaqələndirilməsini müzakirə ediblər

“Ukrayna prezidenti Brüsseldə və digər Avropa paytaxtlarında son diplomatik fəaliyyətindən danışıb. Danışıqlar regionun təhlükəsizliyinə də aid olub”, – deyə məlumatda bildirilir.