Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Rusiya əsarətindən azad edilən Krım Tatar Xalqı Məclisinin sədr müavinini Türkiyəyə səfir təyin edib.
Yenicag.az xəbər verir ki, səfirliyə namizəd Nəriman Cəlal 2021-ci il sentyabrın 4-də Rusiya tərəfindən həbs edilib və 17 il müddətinə azadlıqdan məhrum edilib.
2024-cü ilin iyununda Ukrayna və Rusiya arasında əsir mübadiləsi nəticəsində o, azad edilərək Kiyevə köçürülüb./unikal/