Zelenski Ərdoğanla görüşəcək

Volodimir Zelenski türkiyəli Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə səfər edəcək.

Yenicag.az “Sabah”a istinadla xəbər verir ki, iki lider arasında danışıqlar NATO-nun Vilnüsdə keçiriləcək sammiti öncəsi İstanbulda baş tutacaq.

Prezident Ərdoğan həm Rusiya prezidenti Vladimir Putin, həm də Ukrayna prezidenti Zelenski ilə ən çox görüşən liderlər sırasındadır.