Zelenski əsirlikdən qaytarılanların sayını açıqlayıb

Ukrayna əllidən çox əsir mübadiləsi aparmağa nail olub, 3310 ukraynalı əsirlikdən qayıdıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Volodimir Zelenskinin “Telegram” kanalında yazıb.

“Beləliklə, 53 mübadilə aparılıb, 3310 insanımız artıq Ukraynada – öz evində, qohumlarının yanındadır”, – paylaşımda qeyd olunub.

Ukrayna Prezidenti bildirib ki, bu istiqamətdə işlər davam etdirilir: “Biz hər bir vətəndaşımızı – bütün hərbçiləri və mülki şəxsləri, böyükləri və uşaqları rus əsirliyindən azad etməyin yollarını axtarmağa davam edirik”.

COP29