Zelenski Haluk Bayraktarı mükafatlandırdı

Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyənin “BAYKAR” şirkətinin baş direktoru Haluk Bayraktarı mükafatlandırıb.

Bu barədə Yenicag.az-a şirkətin ictimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.

Qeyd edilib ki, “BAYKAR”-ın baş direktoru Haluk Bayraktar Ukrayna Prezidenti Vladimir Zelenskinin qərarı ilə 1-ci dərəcəli Dövlət Xidmət Ordeni ilə təltif edilib.